3 Ocak 2014 Cuma

Souz Resepti (qoyun əti ilə)


Tərkibi: 

Ət 500 qr 
Kartof 4 ədəd
Soğan 4 ədəd
Noxud 50 qram (qaynadılmış)
Pomidor 2 ədəd
Bibər 2 ədəd
Duz,istiot,
Dekor üçün göy (keşniş)

Hazırlanması: 

Ət qaynadılır sonra sümükdən ayrılır,soğan xırda-xırda doğranıb yağda qovrulur. Qovrulmuş soğanın üzərinə ət əlavə edilir, pomidorun qabığı soyulub ətin üzərinə əlavə edilib pomidor pörtülənə kimi qovrulur. Kartof xırda kub formasında doğranıb ətin üzərinə əlavə olunur. Bibər samanvari doğranıb qazana əlavə olunub 3 stakan su,noxud, duz, istiot əlavə edib kartof bişənə kimi vam odda qaynadıllır. Üzərinə zövqə görə göy,quru nanə  və s. əlavə olunub servis edilir.

Hiç yorum yok:

Yorum Gönder